• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah dövlət əmlakları satılacaq – SİYAHI + QİYMƏTLƏR

Sabah dövlət əmlakları satılacaq – SİYAHI + QİYMƏTLƏR
19.09.2016 16:50
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 20-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac keçirəcək. 

ANN.Az xəbər verir ki, komitədən Fins.az-a verilən məlumata görə, hərracda 32 kiçik müəssisə və obyekt, 25 səhmdar cəmiyyətin səhm paketi və 16 avtomobil satılacaq.

Hərraca çıxarılan kiçik müəssisələr Bakıda və ölkənin digər şəhər rayonlarında yerləşən ərzaq, geyim, inşaat mağazaları, kafe, çayxana, pavilyon, bərbər və dərzi sexləridir. 

Müəssisələr çox sərfəli qiymətlərlə satışa çıxarılacaq. Belə ki, 32 müəssisənin 13-nün ilkin satış qiyməti 10 min manatdan aşağıdır. Bəzi obyektlərin satış qiymətləri isə hətta 2500-3000 manat arasındadır. Hərçənd hərrac zamanı təkliflərdən asılı olaraq, bu qiymətlər arta bilər.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər isə tikinti, istehsal, quşçuluq, pambıqçılıq, tikinti materiallarının istehsalı, nəqliyyat, kənd təsərrüfatı, kimya və digər sahələrdə fəaliyyət göstərir.

Hərraclar ƏMDK-nin İnformasiya Texnologiyaları Mərkəzində (Heydər Əliyev pr. 139A, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yanı) keçiriləcək. Hərracda həm satışlarda iştirak etmək istəyənlər, həm də istənilən adi vətəndaş iştirak edərək hərracın gedişini izləyə bilər.

Hərraca çıxarılan əmlaklar barədə məlumatlar, o cümlədən onların qiymətləri və şəkilləri ilə ƏMDK-nin yeni yaradılmış Özəlləşdirmə Portalında tanış olmaq mümkündür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol