• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiya məlumatlarını yayan şəxsi dövlət müdafiə edəcək - QANUN

Korrupsiya məlumatlarını yayan şəxsi dövlət müdafiə edəcək - QANUN
29.05.2020 04:56
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Modern.az-ın xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, 2016-cı ilin yaz və növbədənkənar sessiyalarında komitədə 9 qanun layihəsinə baxılıb, onlardan 7-si Milli Məclisdə qəbul edilib. Qalan 2 qanun layihəsi isə payız sessiyasında müzakirəyə çıxarılacaq. 

İclasda "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə”  və "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  məsələlər müzakirə olunub.

"Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” adlı iki yeni maddənin əlavə olunması təklif edilir.

Bu əlavələrin edilməsi BMT-nin Korrupsiya əleyhinə beynəlxalq Konvensiyasının tələblərindən irəli gəlir. 

Mülki Prosessual Məcəlləyə isə terrorçuluğun maliyyəşədirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 305.1.14-cü maddənin əlavə olunması təklif edilir.

Çıxış edən komitə üzvləri hər iki qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu dəyişikliklər korrupsiyanın və terrorçuluğun qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.  

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol