• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditlər bahalaşır

Kreditlər bahalaşır
22.09.2016 14:21
Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 12%-dən 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıblar.

ANN.Az Marja-ya istinadən xəbər verir ki, bu gün 15%-dək faiz dərəcələri ilə banklara yatırılan əmanətlər sığortalanır. Artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15%-ə və daha yüksək səviyyə qaldırıblar. 

Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. Çünki banklar özləri pulu daha baha cəlb edirlər. İndiyədək belə kreditlər 29-30%-lə verilirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.

Qeyd edək ki, adətən, Mərkəzi Bank faiz dərəcələri artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir.

Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın "alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kredit alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol