• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın tərəfdaşı olduğu “Elektron təhsil” müsabiqəsi başladı

“Nar”-ın tərəfdaşı olduğu “Elektron təhsil” müsabiqəsi başladı
22.09.2016 15:37
Özünün Korporativ sosial məsuliyyət (KSM) strategiyasına sadiq qalan "Nar” təhsil və mədəniyyətin inkişafına dəstək verməyə davam edir.

 Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru olan "Nar” Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən keçirilən ənənəvi "Elektron təhsil” müsabiqəsinə davamlı olaraq dəstək verməkdədir.

Qeyd edək ki, 3 istiqamət – müəllim, şagird və məktəb istiqamətləri üzrə keçirilən "Elektron təhsil” müsabiqəsi 6 nominasiya əsasında keçirilir. "Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”, "Təhsildə ən yaxşı İnternet resursları”, "Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd”, "Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası”, "Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” və "Ən zəngin məzmunlu məktəb saytı” nominasiyaları üzrə keçirilən müsabiqənin təşkil edilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdan ibarətdir. Müsabiqənin qalibləri noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlarla təltif ediləcəklər.

İnternetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətinin məlumatlandırılması, təhsil müəssisələrində elektron resurslardan istifadənin genişləndirilməsi, müəllim və şagirdlərin elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirilməsi çox vacibdir. Təhsil və maariflənməni, tədris prosesində innovativ texnologiyaların tətbiqini dəstəkləməyi özünün başlıca proiritetlərindən biri hesab edən "Nar” hər il olduğu kimi bu il də "Elektron təhsil” müsabiqəsini dəstəkləyən qurumlar sırasında olduğu üçün fərəh hissi keçirir.

Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol