Taksi fəaliyyəti üçün lisenziya alınmalıdırmı?

Taksi fəaliyyəti üçün lisenziya tələb olunmalıdırmı?
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və "Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.
Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən arayış, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı” almalıdırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















