• $
  • €
  • ₽
  • ₺
  • £

Dövriyyədə olan nağd pul kütləsi azalır - Azərbaycanda

Dövriyyədə olan nağd pul kütləsi azalır - Azərbaycanda
05.10.2016 16:27
Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi sentyabrın 1-nə 6 326,1 mln. manat təşkil edib.
 
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, nağd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra ilk dəfə azalma göstərib. Belə ki, keçən ayla müqayisədə azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 909,3 mln. manat və ya 16,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 207,6 mln. manat və ya 3,39% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Sentyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 818,3 mln. manat və ya 43,23% aşağıdır.

"Report" agentliyinin analitik qrupu dövriyyədə olan nağd pul həcminin yavaş tempdə azalmağa davam edəcəyini proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya etmək niyyətidir. Bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışı da dövriyyədə olan nağd pul kütləsibnin azalmasına təsir edəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol