• $
  • €
  • ₽
  • ₺
  • £

Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Ev almaq istəyənlərə ŞAD XƏBƏR
29.05.2020 02:00
Gələn il Azərbaycanda avtomobil bazarında bahalaşma, mənzil və torpaq sahələri bazarında isə ucuzlaşma gözlənilir. 

"Report”un analitik qrupu hesab edir ki, gömrük rüsumlarının son artımı avtomobillərə də aid ediləcək. 

Dolların məzənnəsinin artması digər idxal olunan məhsullar kimi avtomobillərin də qiymətinə təsir edəcək. Daşınmaz əmlakın qiymətində isə 2017-ci ildə geriləmə gözlənilir ki, bunun da əsas səbəbi əhalinin real gəlirlərinin azalması ilə bağlıdır: "Belə ki, idxal mallarının manat ekvivalentində bahalaşması, kommunal xərclərin artması əhalinin real gəlirlərini azaldır.

Gələn ilin büdcəsində dövlət əsaslı investisiya qoyuluşlarının 1,14 mlrd. manat və ya 38% azalması nağd pul kütləsi ilə bərabər iqtisadi artıma da mənfi təsir edəcək. Qlobal maliyyə böhranı səbəbindən xarici investisiyaların azalması amili də gəlirlərin azalmasına ciddi təsir göstərəcək. Büdcədə həmçinin sosial müdafiə, mədəniyyət və kommunal xərclərin ümumilikdə 1 mlrd. manata yaxın azaldılması nəzərdə tutulub”.

"Sadalanan amillər əhalinin yığım səviyyəsini aşağı salacaq. Nəticədə, daşınmaz əmlak sektorunda durğunluq yaranacaq. Əgər son iki ildə daşınmaz əmlak qiymətləri əhalinin neft bumu zamanı yığımların xərclənməsi hesabına azalmırdısa, 2017-ci ildən etibarən bu tendensiyanın bitməsinin şahidi ola bilərik”, - deyə analitiklər qeyd ediblər.

"Report”un ekspertləri Azərbaycanda dolların məzənnəsinin 1,60-1,70 AZN/USD səviyyəsində qalacağı təqdirdə, daşınmaz əmlak qiymətlərinin 10-15%, məzənnənin 2,00 AZN/USD-yə doğru artacağı halda isə qiymətlərin 5% düşəcəyini proqnozlaşdırırlar: 

"Qlobal maliyyə bazarındakı vəziyyətlə əlaqədar olaraq daşınmaz əmlak qiymətlərinin daha çox azalması, avtomobillərin isə məzənnəyə uyğun olaraq daha çox artması mümkündür”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol