• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR Tower” “İlin ən yaxşı ofis binası” seçildi

“SOCAR Tower” “İlin ən yaxşı ofis binası” seçildi
19.10.2016 14:33
Nyu-Yorkda ENR (Engineering News Record) jurnalı tərəfindən keçirilən ənənəvi Beynəlxalq Tikinti Sammitində "İlin ən yaxşı qlobal layihələri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

ANN.Az Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, şirkətin yeni inzibati binası – "SOCAR Tower” ofis binaları nominasiyasında qalib gəlib.

Bu nominasiyada "İlin ən yaxşı layihəsi” mükafatı SOCAR‐ın sosial məsələlər üzrə vitse‐prezidenti Bədəl Bədəlov, layihənin məsul mühəndisləri - Cavid Nəcəfov və Tural Ramazanova, həmçinin əsas layihəçi "Heerim Architects and Planners”, struktur üzrə layihəçi "Thornton Tomasetti” və podratçı "Tekfen İnşaat və Təchizat” şirkətlərinin nümayəndələrinə təqdim edilib.

Mərasimdə dünyanın müxtəlif yerlərində inşa edilən və digər nominasiyalarda "Ən yaxşı layihə” mükafatına layiq görülən layihələrin nümayəndələri, sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərin rəhbər işçiləri iştirak ediblər.

Qeyd edək ki, ENR tikinti biznesində inkişaf etməkdə olan firmalar, yeni layihələr və vacib xəbərlərin dərc edildiyi nüfuzlu jurnaldır. Jurnalın təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. 

Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçmiş, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil etmiş, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları, eləcə də digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb. 

Ötənilki sammitdə Bakı Olimpiya Stadionu "Ən yaxşı idman layihəsi” nominasiyasının qalibi olub. Bu il qaliblər haqqında məlumat jurnalın 2016-cı il sentyabr sayında dərc edilib.

SOCAR-ın yeni inzabati binası – "SOCAR Tower” Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan "Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb. "SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol