Dollar 8 aylıq maksimuma yaxınlaşır

Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib.
ANN.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.
Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır.
Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FED rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb.
Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib.
Rəy sorğusuna əsasən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub. Prezident seçkiləri noyabrın 8-dədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















