• $
  • €
  • ₽
  • ₺
  • £

Londona gedəcək jurnalistlər bəlli oldu

Londona gedəcək jurnalistlər bəlli oldu
10.11.2016 17:56
Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. 

Noyabrın 10-da keçirilən mətbuat konfransında Londona təhsil almağa gedən daha 2 jurnalistin adı açıqlanıb. 2017-ci ildə Londona səfər edəcək qalib jurnalistlər Məmmədova Səadət və Samir Hüseynov oldular. Bu jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.

Tədbirdə bu il ingilis dili kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, "Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki, təşkil edir. Bu günə kimi yüzlərlə KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə "Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək.

"Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol