• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il dolların məzənnəsi 2,50 manata çata bilər PROQNOZ

Gələn il dolların məzənnəsi 2,50 manata çata bilər PROQNOZ
14.11.2016 11:36
Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0773 səviyyəsinə kimi geriləyərək son 10 ayın minimal həddinə enib.
 
"Report"un analitik qrupu xəbər verir ki, bu il yanvarın 7-də məzənnə 1,0769 səviyyəsində olub. Məzənnənin geriləməsinə əsas səbəb kim dolların dünya valyuta bazarında möhkəmlənməsi göstərilir. Belə ki, ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsinin şok təsiri maliyyə bazarlarında qısa müddətdə bitib və əksinə, nikbin vəziyyət bərqərar olub.
 
Hazırda ABŞ-da fond indeksləri tarixi rekord səviyyəyə yüksəlməklə yanaşı, dolların məzənnəsi analitiklərin proqnozlarının əksinə olaraq güclənib. Dolların güclənməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrdakı iclasında uçot dərəcəsinin artırılması ehtimallarının yüksəlməsi ilə bağlıdır. Belə ki, yeni seçilən prezident Donald Trampın seçki öncəsi platformasında dövlət investisiya xərclərinin artırılması nəzərdə tutulub. Bu da öz növbəsində ABŞ hökumətinin borclanmanı artırması və ya faizlərin yüksəltməsi deməkdir. Həmçinin, ABŞ iqtisadiyyatının güclü inkişafı FES-in uçot dərəcəsini artırmasına əlavə stimul yaradır.

"Report"un analitikləri USD/EUR məzənnəsinin ilin sonuna qədər 1,0450 səviyyəsinə, 2017-ci ilin ilk yarısında isə paritetə qədər geriləyəcəyini proqnozlaşdırırlar. Belə bir dəyişiklik dünyanın digər valyutalarının dollarla müqayisədə 5-15% devalvasiyaya uğramasına gətirib çıxaracaq. Belə ki, avronun zəifləməsi Avropa mallarının dollar ekvivalentində ucuzlaşmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində Avropa ilə ticarət əlaqəsi olan ölkələri devalvasiya etməyə məcbur edəcək.
 
Nəticədə, zəncirvari reaksiya ilə devalvasiya dalğası yayılmağa davam edəcək. Təbii ki, Azərbaycan manatı da belə bir şəraitdə dollarla müqayisədə ucuzlaşmağa davam edəcək. Artıq gələn ilin ilk yarısında Azərbaycanda dolların məzənnəsinin 2,50 AZN/USD-yə qədər yüksəlməsi istisna edilmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol