• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kirayə evlər bahalaşdı – QİYMƏT

Bakıda kirayə evlər bahalaşdı – QİYMƏT
29.05.2020 02:22
Paytaxtda kirayə ev bazarında bahalaşma müşahidə olunur.

ANN.Az baku.ws-ə istinadən xəbər verir ki, bu ilin mart ayı Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə isə kirayə mənzil qiymətlərinin enməsi baş vermişdi.

Lakin yeni dərs ilinin başlanması ərəfəsində Bakının kirayə mənzil bazarında canlanma yaransa da, sonradan bu proses zəiflədi. Son bir neçə gündə apardığımız araşdırmamız zamanı məlum olub ki, kirayə ev bazarında qiymətlər yenidən qalxıb.

Daşınmaz əmlak bazarının fəal iştirakçılarından əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur.

Yeri gəlmişkən, 1000 manata və daha baha kirayə verilən mənzillərin qiymətləri isə əksinə ucuzlaşıb. Çünki bu sahədə icarəçi qıtlığı var.

Bahalaşma ən çox hansı ərazilərdədir?

Rieltor Fərid Abbasov bizimlə söhbətində deyir ki, əvvəllər "Həzi Aslanov”, "Əhmədli”, "Xalqlar dostluğu” stansiyaları istiqamətində hər bir şəraiti olan 2 otaqlı evlər 300 manata kirayəyə verilirdisə, indi bu qiymətlər 350-400 manata qədər bahalaşıb.

Hətta köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin kirayə qiyməti indi 400- 450 manat arasında dəyişir.

Bahalı mənzillər niyə ucuz verilir?

Rieltor deyir ki, indiyə qədər 600-1200 manat və daha baha təklif edilən kirayə mənzillər isə əksinə ucuzlaşıb. Buna səbəb həmin qiymətlərə icarədar tapılmamasıdır.

"Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı evləri kirayə götürən az olur. Ona görə də həmin mənzillər ucuzlaşıb”, – deyə rieltor deyir:

"Şəhərin mərkəzində 2 otaqlı orta təmirli mənzil 400-450 manata təklif olunur. Lakin bir az şəhərdən kənarda 400-450 manata super təmirli, hər bir şəraiti olan mənzil kirayələmək olar. Amma indi kənarda olan evlərin də qiymətində 50-100 manat bahalaşma müşahidə olunur”.

Rieltor sonda onu da əlavə edib ki, yerindən asılı olaraq, paytaxtda mənzillər 50-100 manat bahalaşıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol