• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi
29.05.2020 06:45
Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
 
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "Dərman vasitələri haqqında” qanunun 11-ci maddəsinə, Nazirlər Kabinetinin 108 nömrəli qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli əlavəyə əsasən, dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır.
 
"Dərman vasitələri haqqında” qanunun 11.2-ci maddəsinə əsasən, dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı (Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilir. Bu, dərman vasitəsinin istifadə təlimatının istehlakçı üçün anlaşıqlı, düzgün və əhəmiyyətli məlumatları əks etdirməsini təsdiqləmək üçün zəruridir. 
İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir və istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə dair göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi, dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb edilən digər şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar öz əksini tapır.
 
Bu, dərman vasitəsinin istifadə təlimatının istehlakçı üçün anlaşıqlı, düzgün və əhəmiyyətli məlumatları əks etdirməsini təsdiq etmək üçün zəruridir.
Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəlikləri Azərbaycana idxal olunan dərman vasitələrini Azərbaycan dilində və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş formada istifadə təlimatları ilə təmin etməsi məqsədəmüvafiqdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol