Sürücülərə ŞAD XƏBƏR

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət bərpa olunub.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar yolun bəzi hissələrində avtomobillərin hərəkəti məhdudlaşsa da, gecə saatlarında yoldakı çətinlik aradan qaldırılıb. Belə ki, yolun Abşeron rayonunun Təzəkənd və Cəngi qəsəbələrindən keçən hissəsi və Ağsu dolayları buzdan təmizlənib. Yolda avtomobillərin hərəkəti tam bərpa olunub.
Bu gün səhər saatlarında Cəngi qəsəbəsi ərazisində avtomobillərin hərəkətində bəzi çətinliklər yaransa da, problem səhər saatlarında tam aradan qaldırılıb.
Xatırladaq ki, noyabrın 23-də qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələri buz bağladığından avtomobillərin hərəkəti məhdudlaşmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər

İqtisadiyyat 11:42
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb



















