• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın daha bir səlahiyyəti ləğv edildi

Mərkəzi Bankın daha bir səlahiyyəti ləğv edildi
24.11.2016 10:38
Nazirlər Kabineti "Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nda dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, bu Qaydalar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsinin ümumi mexanizmini və şərtlərini müəyyən edir.

Dövlət Xidmətinin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir.

Vəsaitlərin istifadə istiqamətləri, müddəti və şərtləri müəyyən olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Dövlət Xidməti arasında bağlanan müqaviləyə əsasən tənzimlənir.

Hər bir müvəkkil kredit təşkilatı üçün 1 milyon manat həcmini aşmamaq şərtilə ilkin kredit xətti müəyyən edilir. İlkin və növbəti kredit xəttinin həcmi müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası tərəfindən müəyyən edilir.

Müvəkkil kredit təşkilatları vasitəsilə kreditləşdirilən layihələrin məbləği həmin kredit təşkilatlarının məcmu (ümumi) kapitalı qədər ola bilər. İndiyə qədər kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Milli Bank tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən edilib.

Qaydaya edilən dəyişikliyə əsasən, bundan sonra kredit ittifaqlarının cəlb etdiyi vəsaitin həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş kredit ittifaqlarının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında qaydalarına uyğun müəyyən ediləcək. //apa.az


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol