• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditlər bağışlanacaq? – EKSPERT DANIŞIR

Kreditlər bağışlanacaq? – EKSPERT DANIŞIR
24.11.2016 22:20
"Azərbaycanda bəzi bank müştəriləri üçün kredit amnistiyası tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər”.

ANN.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinini rəhbəri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən Bank Forumunda deyib. Z. Səmədzadə bildirib ki, biz bankların gəlirliliyini araşdırmışıq və hesab edirik ki, onlar kifayət qədər gəlirlə işləyirlər. Ona görə də, borcların amnistiya məsələsinə getmək olar.

Kredit amnistiya təklifini ANN.Az-a iqtisadçı ekspert Rəşad Həsənov şərh edib.

 
İqtisadçı-ekspert Rəşad Həsənov 
 
Ekspertin sözlərinə görə, hazırda problemli kreditlərin həcmi 9,5% olmaqla, 1 mlrd 600 mln manat təşkil edir:

"Bu rəqəmin 840 mln. manatı xarici valyutadan olan kreditlərdən, təxminən, 755 mln. manatı da manatla olan valyutadan gecikmələrdir. Kredit amnistiyası məsələsinə gəlincə, buna dövlət o halda qarışa bilər ki, kreditlərin bağışlanmasında onun dəstəyi olsun. Bank sektoru özəl bir sahədir. Dövlət banklara kreditlərin bağışlanması ilə bağlı qarışa bilməz. Dövlət o halda müdaxilə edilə bilər ki, kreditlərin qaytarılması üç tərəfli - bank, vətəndaş və dövlət şəklində (bankla vətəndaş arasında razılaşma və dövlət dəstəyi) həll edilsin. Ümumiyyətlə, kredit amnistiyası həyata keçirilərsə, bu yükün çox hissəsi dövlətin payına düşmələridir. Ölkədə yaşanan iki devalvasiyadan sonra bank sektorunun hansı vəziyyətdə olduğu göz qarşısındadır. Problemli kreditlərin bağışlanmasına bankların gücü çatmaz”.

R. Həsənov kreditləşmə aparılmadığından bankların gəlirlərinin daha da azaldığına diqqət çəkib: 

"Hazırda bank sektorundan böhran sürətlə dərinləşir. Problemli kreditlərin həcmi artır. Çünki banklar hazırda kredit portfelinin yığımında əziyyət çəkir (əhalinin böyük bir qisminin gəliri azalıb, bu, əhalinin kredit verməsini daha da ləngidir) və kreditləşmə aparmırlar. Əvvəlki dövrlərin statistik təhlilini aparsaq, görərik ki, bankların əldə etdiyi gəlirin təxminən, hər 100 manatından 74-75 AZN-i kredit faizinin gəlirləri idi. Kreditləşmə aparılmadığına görə də, gəlirlərin böyük qismindən məhrum olublar”. 

 
 
"Kredit amnistiyasına başqa cür yanaşmaq da olar. Biz hələ 2 il bundan əvvəl belə bir təkliflə çıxış etmişdik. Banklar müştəriləri üçün elə şərait yaratmalıdır ki, onlar krediti qaytarmaqda maraqlı olsunlar. Əks halda, nəticələr acınacaqlı olacaq. Və biz bu gün bankların həmin şəraitdə olmasının şahidiyik. 11 bankın bağlanması bu hadisəni daha da acınacaqlı edir. Çökmüş bank sistemindən güzəşt gözləmək düzgün deyil. Güzəşt 3 tərəfin birgə səyi nəticəsində tətbiq edilə bilər. Problemli kreditlərin həcminin bu qədər artmasının əsas səbəbkarı Mərkəzi Bankdır. Çünki rəsmi qurumun qəbul etdiyi yanlış pul siyasəti (ölkədə yaşayan 2 devalvasiya: 21 fevral 2015, 21 dekabr 2015) vətəndaşlara külli miqdarda zərər vurub. Qanunvericilikdə də deyilir ki, əgər vətəndaşa hər hansı dövlət qurumunun qəbul etdiyi qərardan zərər dəyirsə, bu zərərin həcmini dövlət kompensasiya etməlidir. Hazırkı mövcud durumu nəzərə alaraq, vətəndaşların kredit probleminə dövlət öz dəstəyini göstərməlidir”, - deyə iqtisadçı-ekspert əlavə edib.

Orxan Aslanlı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol