• $
  • €
  • ₽
  • ₺
  • £

“Reuters”: Azərbaycan Asiya bazarlarını fəth edir

“Reuters”: Azərbaycan Asiya bazarlarını fəth edir
30.11.2016 10:35
Azərbaycan Asiya bazarlarına neft tədarükünü artırmağa can atır.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb. 

"Eikon”un məlumatına görə, oktyabr ayında Azərbaycan Çin, Tayvan və Hindistana təxminən 7 milyon barel neft nəql edib, bu, 2015-ci ilin yanvar ayından maksimum göstəricidir. 

Nəşr qeyd edir ki, Asiyadan olan alıcılar OPEK-dən olan istehsalçılar neftin qiymətlərinin saxlanılmasını müzakirə etmələrini narahatlıqla izləyirlər. Onlar OPEK-in məhdudiyyətlərinə görə, qiymətlərin əlverişli olmadığı halda yeni mənbələri nəzərdən keçirəcəklərini deyiblər. 

ABŞ ilə dünyada ən iri neft idxalçısı adı uğrunda mübarizə aparan Çində Yaxın Şərq tədarükçülərindən asılılığın azaldılması uğrunda mübarizə OPEK-in əsas üzvlərindən olan Səudiyyə Ərəbistanının ölkəyə tədarük üzrə birinciliyi Rusiyaya verməsinə gətirib çıxarıb.

"Eikon”un məlumatına görə, Yaxın Şərq istehsalçıları Çin bazarına tədarükü yanvarda olan 50%-dən noyabrda 46%-ə çatdırıblar. 

"Forbes”də qeyd edilib ki, əgər OPEK neft hasilatının azaldılmasına dair razılığa gəlsə, Asiya bazarlarına təşkilata daxil olmayan ölkələrin nefti tədarük ediləcək. Rəqəmlərə görə, Azərbaycan artıq fəal şəkildə bu bazarı fəth etməyə başlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol