• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır

“SOCAR Trading” Çin bazarı üzrə 3 treyderlə əməkdaşlığa başlayır
30.11.2016 12:46
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading” Çin bazarını hədəf almaq üçün Londondan işləyəcək 3 treyderi işə götürüb.
 
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib.

"Unipec” şirkətinin London ofisinin xam neft üzrə keçmiş rəhbəri Vanq Zenq və "Shell” şirkətinin keçmiş xam neft treyderi Xun Donq bu ay SOCAR-da işə başlayıb, digər treyder isə gələn il işə başlayacaq.

"Əlbəttə, biz onların Çindəki əlaqələrindən istifadə edəcəyik və Çinin neft emalı zavodlarına daxil olacağıq", - deyən A.Əzimov qeyd edib ki, "SOCAR Trading” 2015-ci ildə idxal lisenziyası verilən Çinin neft emalçılarına xammalı birbaşa olaraq satmaq niyyətindədir: 

"İndiyədək bizim strategiya Asiya bazarını əhatə etməyib, çünki Asiya dövlətləri neft satışı və tədarükündə daha çox dövlət şirkətləri ilə və hökumətlərarası sazişlər əsasında işləməyə üstünlük verib", - deyə şirkət rəhbəri əlavə edib.

O qeyd edib ki, Asiya emalçıları daha ağır xam neftə üstünlük verir.

Hazırda Asiya bölgəsində "Azeri Light” markalı neft İndoneziya, Tayland, Vyetnam və bəzən də Tayvana satılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol