• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib

Vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib
30.11.2016 15:42
"PwC Azərbaycan" bu gün "Bulvar Otel Bakı"da vergi mübahisələri, onların həlli və meqa-tendensiya mövzusunda seminar keçirilib.

ANN.Az xəbər verir ki, "PwC Azərbaycan"ın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Maykl Ahern bildirib ki, vergi ödəyəciləri və vergi orqanları arasında yaranan vergi mübahisələrinin iqtisadi mahiyyəti əsasında şəffaf və sistemli şəkildə həlli biznes üçün çox vacibdir:

"Son 15 il və daha artıq dövrdə qlobal vergi mühitində böyük dəyişikliklər baş verib. Vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll edilməsi imkanları daha yüksək olduğuna görə, onların bu prosesdə iştirakı vacibdir".

Əvvəllər vergi ödəyiciləri aqressiv vergi strukturları tətbiq edə bilirdilər və müəyyən dərəcədə bu, norma sayılırdı. Müasir dünyada daha çox şəffaflıq mövcuddur və vergi strukturları kommersiya reallığına əsaslanır. Digər müsbət cəhət isə əvvəlki dövrlərlə müqayisədə, vergi ödəyiciləri və orqanları arasında etibarlı, şəffaf və texnologiyaya əsaslanan qarşılıqlı münasibətlərin olmasıdır. Azərbaycan bu dəyişikliyin ilkin mərhələsində olsa da, bunlar zəruridir. 
 


"PwC Azərbaycan"ın Vergi Məsələləri üzrə direktoru Arif Quliyevin sözlərinə görə, biz vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll olunması hallarının artdığını görürük: 

"Belə ki, 2016-cı ildə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddiaların Vergi Appelyasiya Şurasında təxminən, 44%; 1-ci instansiya məhkəməsində 35% (mübahisələndirilmiş vergi məbləğinin 8%); Appelyasiya məhkəməsində 57% (mübahisələndirilmiş vergi məbləğinin 62%); və Ali Məhkəmədə 52% (mübahisələndirilmiş vergi məbləğinin 34%); tamamilə və ya qismən vergi ödəyicilərinin xeyrinə həll edilib. Layihədə sərtləşdirmə tədbirləri mövcuddur, eyni zamanda, prezident fərmanında yerinə yetirilməsi üçün yer qoyulmasıdır. Əslində, sərtləşmədən sərtləşməyə fərq var. Sərtləşmə vergidən yayınmanın qarşısını almaq üçün nəzərdə tutulursa, bu, çox gözəl təklifdir. Əgər sərtləşmə biznesə əngəl törədirsə, ədalətli vergi ödəyicilərinin daha da çətin vəziyyətə düşməsinə gətirib çıxarırsa, bu, doğru deyil. Ümumi götürsək, bu layihədə sərtləşdirmə tədbirlərinə birmənalı baxmaq olmaz”.
 
Şirkətlərin və kütləvi informasiya vasitələrinin maraqlarını nəzərə alaraq, "PwC" və Dünya Bankı Qrupunun birgə hazırladığı "Vergi Ödəmələri" hesabatı tədbir zamanı diqqət mərkəzində olub. Vergi Ödəmələri hesabatındakl göstərici  dünyanın 190 ölkəsində yerli şirkətlərin vergi qanunvericilinə və qaydalarına uyğunluq baxımından vergi sistemlərini təhlil edir. 

"İnzibati  vergi islahatları, o cümlədən "bir pəncərə" qeydiyyat sistemi, vergi və sosial sığorta hesabatlarının elektron təqdimatı, elektron hesab faktura, elektron vergi ödənişləri nəticəsində Vergi Ödəmələri hesabatında Azərbaycanın reytinqi 2008-ci ildə 108-ci pillədən ( "Doing Business 2010" hesabatı) 2015-ci ildə 40-cı pilləyə kimi yüksəlib ("Doing Business 2017" hesabatı). Azərbaycan ABŞ(36), Avstriya(42), Polşa (47) və Almaniya  (48) kimi ölkəlır ilə eyni sırada yer alıb", - deyə A.Quliyev əlavə edib.
 
Son 10 il və daha artıq dövrdə beynəlxalq vergi sisteminin ən aktual mövzusu transfer qiymətləri olub. Bu gün də bu, öz aktuallığını qorumaqdadır. Azərbaycan bir çox ölkələr kimi öz vergi daxilolmalarını qorumaq üçün transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası yaratmalıdır. 

Belə bir sistem yaradılmazsa, mənfəət transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası olan ölkələrə yönəldəcək.

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol