• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir

Bakcell abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir
29.05.2020 10:45
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə əvvəlcədən ödənilmiş ("prepaid” ) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə "Facebook”a pulsuz giriş imkanı təklif etdiyini elan edir.

Bundan sonra Facebook tətbiqinə pulsuz giriş imkanını qazanan Bakcell abunəçiləri heç bir əlavə xərc çəkmədən "Facebook"da dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə və paylaşa, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə FB Messenger tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşa biləcəklər.

Bu kampaniyaya qoşulmaq üçün Bakcell abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq PULSUZ "Facebook”dan 6 ay faydalana bilərlər. Kampaniyaya qoşulma da həmçinin pulsuzdur.

Kampaniyaya qoşulan abunəçilər dərhal Facebook tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. 7 günlük sınaq istifadə müddətindən sonra abunəçi Facebook tətbiqindən pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir.

Abunəçi öz nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 AZN vəsait yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 AZN və ya daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində "Facebook”dan pulsuz istifadə imkanı qazanır.

Cari ilin ortalarında bölgələrdə yaşayan DogmaCİN tarifinin abunəçilərinə təqdim edilmiş "Facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. "Facebook"a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 AZN, 1 aylıq pulsuz istifadə üçün isə ən azı 5 AZN vəsait yüklənməlidir.

Facebook mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə haqq müştərinin cari tarifinə uyğun olaraq tutulacaq və ya müştərinin mövcud internet paketindən çıxılacaqdır.

Bu təklif yalnız prepaid tariflərindən istifadə edən Bakcell abunəçiləri üçün etibarlıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol