• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 1-dən benzin bahalaşacaq - Gürcüstanda

Yanvarın 1-dən benzin bahalaşacaq - Gürcüstanda
30.11.2016 20:59
Gürcüstanda 2017-ci il yanvarın 1-dən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması yanacağın 1 litrinin qiymətinin 0,20-0,25 lari (0,14-0,17 manat) yüksəlməsinə səbəb ola bilər.

"Report”un "Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bldirib.
İlkin məlumata görə, 1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən (171 manat) 500 lariyə (342 manat), 1 ton dizel üçün isə 150 laridən (103 manat) 400 lariyə (274 manat) qədər artacaq.

"Təbii olaraq, aksizin qaldırılması qiymətlərə təsir göstərəcək. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. O qalxanda, yanacaq da bahalaşır. Bizim hesablamalara görə, əgər benzin üçün aksiz 500 lari, dizel üçün 400 lari olarsa, yanacaqda 20-25 tetra (14-17 qəpik) bahalaşma olacaq”, - deyə o bildirib.

V.Mtvralaşvili hesab edir ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsit göstərməyəcək.

Qeyd edək ki, Gürcüstanda axırıncı dəfə yanacaq bir ay əvvəl 0,10 lari (0,07 manat) bahalaşıb. Bu isə dünya bazarında yanacağın qiymətinin artması ilə əlaqələndirilib. Hazırda ölkənin yanacaqdoldurma məntəqələrində "Super" (Ai-98) markalı benzinin 1 litrinin orta qiyməti 1,89-2,06 lari (1,29-1,41 manat), "Premium" (Ai-95) markalı benzinin 1 litrinin qiyməti 1,79-1,89 lari (1,23-1,29 manat), "Regular" (Ai-92) markalı benzinin 1 litrinin qiyməti 1,59-1,69 lari (1,09-1,16 manat), avrodizelin 1 litrinin qiyməti 1,64-1,85 lari (1,12-1,27 manat) , dizel yanacağının 1 litrinin qiyməti 1,62-1,69 lari (1,11-1,16 manat) təşkil edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol