• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ən yeni pilotsuz hava gəmisi alır

Azərbaycan ən yeni pilotsuz hava gəmisi alır
07.12.2016 12:10
Azərbaycan yeni nəsil kosmik aparat - pilotsuz hava gəmisinə maraq göstərir.
 
Bu texnologiya dünyada ilk hesab edilən, həm peyk, həm də pilotsuz aparat funksiyasını icra edən "Stratobus” uçan aparatıdır. 

"Report”un əldə etdiyi məlumata görə, dünyada analoqu olmayan bu texnologiya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də müsbət qarşılanıb.

Qeyd edək ki, Fransanın "Thales Alenia Space” şirkətinin təqdim etdiyi bu hava gəmisi müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. 
"Stratobus”la dövlət sərhədi və su hövzəsinin müşahidəsini həyata keçirmək, habelə teleradio yayımı, mobil rabitə və naviqasiya sisteminin sərhədlərini genişləndirmək mümkündür.

Xarici görünüşünə görə hava gəmisini xatırladan "Stratobus” təlimat verilən hündürlüyə yüksələ və iki elektrik mühərriki sayəsində müəyyən vəziyyət ala bilir. Uçan aparatın təxminən 20 km hündürlükdə fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bu hava gəmisi ətraf mühit hadisələri, yanğınlar, su daşqınları, dənizdə fəlakətlərə nəzarət edə bilir, eyni zamanda dənizdə naviqasiya məsələsini də həll edə bilir. Yerə məsafə baxımından yaxın olduğu üçün ötürmə qabiliyyəti genişzolaqlıdır və bu, aparata peyk funksiyasını da müəkəmməl şəkildə icra etməyə imkan verir.
Hazırda bu texnologiyanı dünyada ancaq Sinqapur əldə edib. Hava gəmisinin iki hissədən olması onun dəyərini süni peykdən 5-10 dəfə ucuz edir. Belə ki, "Stratobus” hava və Yer hissəsindən ibarətdir. Aparat bir neçə infrastruktura xidmət göstərə bilər.
Bu kosmik aparatların ömrü 5 ildir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol