• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "İndekslər yeni artım rekordunu təzələyiblər"

Ekspert: "İndekslər yeni artım rekordunu təzələyiblər"
13.12.2016 14:29
"Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir. ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir: indekslər yeni artım rekordunu təzələyiblər". 

ANN.Az-ın məlumata görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, yığıncaqda uçot stavkasının 0.25 faiz artırılacağı gözlənilsə də hələlik, müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər: 

 
"FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. 

Bu baxımdan, nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əgər FES uçot stavkasını artırarsa, bu, qlobal və eləcə də, Azərbaycan bazarına necə təsir göstərəcək? 

Qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı desək, yanılmarıq. Son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin, bu psixoloji təsirlər ilə əlaqədar idi. Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. 

Aydındır ki, uçot stavkası artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu, həmçinin daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Bu baxımdan, Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir. Çünki bu halda söhbət valyuta bazarında dollar tələbinin təklifi yenidən kəskin üstələməsindən gedə bilər”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol