Nazirlik elmi tədqiqat aparanlara mükafat verəcək

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə elmi tədqiqatların prioritet istiqamətlərdə aparılmasını dəstəkləmək məqsədilə stimullaşdırıcı mexanizmlər işləyib hazırlayacaq.
Trend-in məlumatına görə, bu, Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə qeyd edilib.
Sənəddə bildirilir ki, bu stimulaşdırma mexanizmlərinə həm maddi, həm də qeyri-maddi mexanizmlər aid olacaq. Maddi stimullaşdırma mexanizminin hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edərək qaydalar hazırlayacaq. Tədqiqatçıları təşviq etmək üçün onlar arasında müsabiqələr keçiriləcək və mükafatlar müəyyən ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















