• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzil təminatı sahəsində geniş strateji hədəflər müəyyən edildi

Mənzil təminatı sahəsində geniş strateji hədəflər müəyyən edildi
26.12.2016 17:00
Azərbaycanda vətəndaşların uyğun qiymətə mənzil təminatı sahəsində 2020-ci ilədək geniş strateji hədəflər müəyyən edilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, yol xəritəsində müəyyən edilmiş hədəflərə nail olmaq üçün bu sənədin üçüncü fəslində təsvir edilmiş mövcud vəziyyət nəzərə alınmaqla, 6 prioritet üzrə tədbirlər görüləcək, müvafiq imkanlardan və üstünlüklərdən tam istifadə ediləcək. 2020-ci ilədək strateji baxışda 2025-ci il üzrə uzunmüddətli baxışın aşağıdakı komponentləri prioritet təşkil edəcəkdir:

- təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün "MİDA” MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili;
- uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində "MİDA” MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi.

6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 milyon manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Uyğun qiymətə mənzil təminatı üzrə strateji məqsədlərə nail olunmasının səmərəliliyini müəyyən etmək üçün hər bir prioritet üzrə müxtəlif hədəf indikatorlarından istifadə edilməsi nəzərdə tutulur. Belə ki, strateji yol xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq nəticəsində:

- 2020-ci ildə Azərbaycanın real ÜDM-inin 168 milyon birbaşa və 81 milyon dolayı olmaqla, ümumilikdə 249 milyon manat artacağı;
- tikinti sektorunda 10000 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Yol xəritəsində aşağıdakı əsas strateji məqsədlər müəyyən edilib:

- Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
- əhalinin sosial müdafiəsinin gücləndirilməsi;
- urbanizasiya prosesinə nəzarət imkanlarının genişləndirilməsi;
- tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi;
- tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi;
- dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi;
- ekoloji cəhətdən təmiz və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış massivlərinin tikilməsi;
- şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol