• $
  • €
  • ₽
  • ₺
  • £

"Növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq" - Xələf Xələfov

"Növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq" - Xələf Xələfov
27.12.2016 13:51
"Xəzərin hüquqi statusu ilə bağlı bir çox məsələ artıq razılaşdırılıb. Bunu faizlə demək bir qədər çətindir. Lakin bəzi vacib məsələlər hələ qalıb". 
 
ANN.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfovun sözlərinə görə, bu istiqamətdə danışıqlar aparırıq və planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə qədər bütün məsələlər razılaşdırılacaq:
 
 
"İşçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır. Görüşə qədər bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsədimiz sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib prezidentlərin imzalamasına təqdim etməkdir. Böyük işlər görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var, sadəcə bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır".

Nazir müavini bildirib ki, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq. Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq.

Vüsal Əzizov

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol