• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir "İdarəetmə Mərkəzi"nin yaradılması ilə bağlı tapşırıq verdi

Nazir "İdarəetmə Mərkəzi"nin yaradılması ilə bağlı tapşırıq verdi
29.12.2016 17:03
"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı Tədbirlər Planı qəbul edilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANN.Az-a verilən məlumata görə, dekabr ayının 28-də "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli nömrəli Qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib. 

İclasda çıxış edən Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, ötən illər ərzində milli vergi sistemində də geniş islahatlar aparılıb: 

"Çevik vergi siyasətinin həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması,  onlara geniş xidmətlərin, o cümlədən elekron xidmətlərin təqdim edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb". 

Vergilər naziri Azərbaycan Respublikasının Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyən etmiş, sərəncamdan irəli gələn məsələlərin həlli, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir. Cari ilin sentyabr ayında Qlobal Forumun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin  beynəlxalq standartlara uyğunluğu ilə bağlı ölkə hesabatını qəbul edərək ölkəmizə yüksək reytinq verib. 

F.Məmmədov sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və digər Qanun layihələrinin artıq qəbul olunduğunu və dövlət başçısı tərəfindən imzalandığını diqqətə çatdırıb. 

Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edildiyini vurğulayan nazir bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Kollegiya iclasında Vergi Məcəlləsində dəyişikliklərdən irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb, real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətraflı müzakirə edilib. 

Kollegiyada "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı Tədbirlər Planı” qəbul edilib.

Kollegiya iclasında yekun nitqi ilə çıxış edən F.Məmmədov Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icrasının təmin olunması məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi, nazir müavinlərinin və bir sıra qurum rəhbərlərinin də daxil olduğu İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı konkret tapşırıqlar verib.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol