• $
  • €
  • ₽
  • ₺
  • £

"2017-ci ilin büdcə xərcləri ötən dövr ərzində ən aşağı göstəricidir" - Şərh

"2017-ci ilin büdcə xərcləri ötən dövr ərzində ən aşağı göstəricidir" - Şərh
29.05.2020 03:32
"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, növbəti il üzrə dövlət büdcəsinin xərcləri 16900.0 mln. manat səviyyəsində proqnozlaşdırılır. Xərclərin həcmi 2016-cı ilin ilin proqnoz göstəricisinə nisbətən, 1595.0 mln. manat və ya 8.6 faiz azdır".

ANN.Az xəbər verir ki, bu haqda məlumat "İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin proqnozu ilə bağlı hazırladığı rəydə qeyd olunub.

Məlumata görə, 2017-ci ildə dövlət büdcəsinin xərclərinin məbləği illik proqnozlaşdırılan ÜDM-in 27.4 faizi səviyyəsində gözlənilir: 
"2016-cı il üzrə anoloji göstərici 31.4% təşkil edib. 2017-ci il üçün proqnozlaşdırılan büdcə xərcləri 2011-ci ildən ötən dövr ərzində ən aşağı göstəricidir. Belə ki, 2011-ci ildə proqnozlaşdırılan büdcə xərcləri 12748.0 mln. manat olmuşdu. 2012-2016-cı illərdə həmin göstəricinin ən aşağı həddi 2012-ci ildə (17672.0 mln. manat), ən yüksək həddi isə 2014-cü ildə (20063.0 mln. manat) qeydə alınıb. Funksional təsnifat baxımından 2017-ci il üzrə dövlət büdcəsi xərclərinin ümumi həcmində 16.8% olmaqla, ən yüksək paya malik funksional istiqamət ümumdövlət xidməti bölməsidir. Öz növbəsində, ümumi yekunda xüsusi çəki etibarilə müdafiə xərcləri 15.6%, investisiya xərcləri 14.9%, sosial müdafiə və sosial təminat xərcləri 13.3%, təhsil xərcləri 10.2%, əsas bölmələrə aid edilməyən xərclər 8.7%,  məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 7.1%, səhiyyə xərcləri 4.3%, kənd təsərrüfatı xərcləri 3%, mənzil-kommunal təsərrüfatı xərcləri 1.8%,  mədəniyyət və idman xərcləri 1.7%,  iqtisadi fəaliyyət xərcləri isə 1.1% səviyyəsində proqnozdaşdırılır".

 
"İqtisadi təsnifat baxımından 2017-ci il üzrə dövlət büdcəsi xərclərinin ümumi həcmində 24.2% olmaqla, ən yüksək paya əmək ödənişi xərcləri malikdir. Xərc proqozuna əsasən, ümumi xərcərin 4.077 mlrd. manatını əmək ödənişi xərcləri təşkil edəcək. Bu, 2016-cı ilə nisbətən 244 mln. manat və ya 6.4% çoxdur. Əmək ödənişi xərclərinin büdcədə payı ötən ilin göstəricisindən 3.4% bəndi çoxdur.

Malların (iş və xidmətlərin) satın alınması üzrə xərclər 3.379 mlrd. manat proqnozlaşdırılıb. Bu da 2016-cı ilə nisbətən 202 mln. manat (6.4%) çoxdur. Bu xərclərin büdcədəki payın 20%-ni təşkil edəcək ki, ötən ilin göstəricisindən 2.8% bəndi çoxdur. Təqaüdlər və müavinətlər üzrə xərclər 2.268 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 171 mln. manat (1.4%) çoxdur. Bu xərclərin büdcədə payı 13.4%-ni təşkil edəcək ki, ötən ilin göstəricisindən 2.1% bəndi çoxdur. Qeyri-maliyyə aktivləri üzrə xərclər 3.603 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 167.8 mln. manat (4.4%) azdır. Bu xərclərin cəmi xərclərdə payı 21.3% təşkil edir ki, o da 2016-cı ilin göstəricisindən 1% azdır. Öhdəliklər və əməliyyatlar üzrə xərclər 1.228 mlrd. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ili nisbətən 165.5 mln. manat (11.8%) azdır. Bu xərclərin büdcədə payı 7.6% təşkil edəcək  - təxminən ötən ilin göstəricisi səviyyəsindədir. Digər xərclər 1.360 mlrd. manat təşkil edəcək ki, bu əvvəlki ilə nisbətən 1.4 mlrd. manat və ya 2.2 dəfə azdır. Bu xərclərin cəmi xərclərdə payı 8.0% təşkil edir ki, o da 2016-cı ilin göstəricisindən 7.8% azdır", - deyə rəydə qeyd olunub.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol