• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük komitəsi bu il büdcəyə nə qədər vəsait ödəyib? - RƏSMİ

Gömrük komitəsi bu il büdcəyə nə qədər vəsait ödəyib? - RƏSMİ
30.12.2016 20:16
Azərbaycan gömrüyünün inkişaf dinamikası son illərdə də uğurla davam etdirilir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu sahədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib.

Azərbaycan Gömrük Xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır.

Azərbaycan gömrüyü hər il olduğu kimi cari ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Artıq 2016-cı ilin sonuna sayılı günlər qalmasına baxmayaraq, dekabrın 30-na olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 285,43 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,27% əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 693,5 milyonmanat və ya 43,6% artıq deməkdir.

Azərbaycan Gömrük Xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol