• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni mənzillərin ən çox satışa çıxarıldığı rayonlar - SİYAHI

Bakıda yeni mənzillərin ən çox satışa çıxarıldığı rayonlar - SİYAHI
07.01.2017 14:25
2016-cı ilin noyabr ayında Bakının ilkin mənzil bazarındakı payına görə liderliyi Yasamal rayonu edib.

 "Report” xəbər verir ki, bu barədə paytaxtın daşınmaz əmlak bazarında monitorinq aparan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib. 

Məlumata görə, ay ərzində ümumi tikinti portfelində paytaxtın rayonlarının payı aşağıdakı kimi olub:

"Diaqramdan göründüyü kimi, satışa çıxarılan yeni mənzillərdə Yasamal (27,6%) və Xətai (25,7%) rayonları aparıcı mövqe tuturlar. Növbəti böyük paya malik olan rayonlar isə Nəsimi (12,5%) və Binəqədi (12,2%) rayonlarıdır. Təklif üzrə ən az paya sahib olan rayonlar kimi Səbail (2%) və Suraxanı (0,3%) rayonları qeydə alınıb. Xəzər, Qaradağ, Pirallahı rayonlarında isə noyabr ayında təklif müşahidə edilməyib”, - deyə hesabatda bildirilir.

İlkin mənzil bazarında satışa təklif olunan obyektlərin 79%-ni təmirli, 21%-ni isə təmirsiz mənzillər təşkil edir. Müqavilə ilə satılan mənzillərin payı 67%, "kupça" isə satılan mənzillərin payı isə 33%dir. Başqa sözlə, çoxmənzilli yeni binaların 67%-ı dövlət qeydiyyatından keçməyib. Ay ərzində ipotekada düşən ilkin mənzil bazarı isə ümumi bazarda cəmi 0,5% paya malik olub. 

İlkin bazarda təklifin otaqlar üzrə pay bölgüsündə liderliyi 47%-lə 3 otaqlı mənzillər edir.

Otaqlar üzrə pay bölgüsü aşağıdakı kimi olub:

Təklif portfelində iki və üç otaqlı mənzillərin ümumi sayı və sahələri daha çox üstünlüyə malik olub və onların ümumi payı 80%-ə bərabərdir. Dörd otaqlı mənzillərin payı isə 12,1% təşkil edib. Ən az paya sahib olanlarbir otaqlı (5,4%) və beş otaqlı (2,4%) mənzillər olub.

Noyabr ayında ilkin mənzil bazarında Bakı şəhəri üzrə orta qiymət hər kvadrat metr üçün 1441 manat təşkil edib və ilin əvvəllərinə nisbətən qiymətin qalxması tendensiyası müşahidə olunur. Beləliklə, qiymət dəyişməsi 2016-cı ilin yanvar ayı ilə müqayisədə 5,8% olub

Ötən ilin 11-ci ayı üzrə ilkin bazar seqmentində qiymət dinamikası aşağıdakı qrafikə uyğun gəlir:

2015-ci ilin noyabr ayı ilə müqayisədə isə qiymət artımı 9,9% təşkil edib. İlin əvvəli ilə müqayisədə qiymət fərqi əvvəlki aydakı 3% artıma qarşı 5,8% olub. Minimal qiymət ilkin mənzil bazarında 2016-cı ilin yanvar ayında 1361 AZN/m2 təşkil edib, maksimal noyabr ayında – 1441 AZN/M2.

Birliyin hesabatında göstərilir ki, Bakı şəhəri rayonları üzrə orta bazar qiyməti ən yüksək Səbail rayonunda qeydə alınıb.
Rayonlar üzrə orta bazar qiyməti aşağıdakı kimi olub:

Ötən ilin noyabr ayında ilkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbail (2412 AZN/M2), Nəsimi (1806AZN/m2) və Nərimanov (1724 AZN/M2) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN/M2) və Suraxanı (923 AZN/M2) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.

Bakı şəhəri rayonları üzrə qiymət dəyişməsində də Səbail rayonu liderlik edir.

İlk mənzil bazarında rayonlar üzrə qiymət dəyişməsi (oktyabr-noyabr ayında) aşağıdakı kimi olub:

Oktyabr-noyabr aylarında rayonlar üzrə qiymət dəyişməsi müsbət tendensiya göstərir. Beləliklə, orta qiymət artımı ən çox Səbail (12,9%), Suraxanı (7,7%) və Yasamal (3,7%) rayonlarında qeydə alınıb. Ümumi Bakı şəhəri üzrə qiymət 2,7% qalxıb. Eyni miqdarda Sabunçu (1,8%), Binəqədi (1,3%) və Xətai (1,2%) rayonlarında qiymət artması müşahidə olunur. Ən az qiymət deyişməsi Nərimanov (0,2%), Nizami (0,8%) və Nəsimi (0,9%) rayonları göstərir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol