• $
  • €
  • ₽
  • ₺
  • £

Uduşlardan 10% vergi tutulacaq – YENİ QAYDA

Uduşlardan 10% vergi tutulacaq – YENİ QAYDA
29.05.2020 12:09
Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.

ANN.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən oxu.az-a bildirilib.

Bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.

Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan "Azərpoçt” MMC tərəfindən tutulmalıdır.

Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol