• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Şirəliyev: "Dərmanların 99 faizi xaricdən idxal olunur"

Oqtay Şirəliyev: "Dərmanların 99 faizi xaricdən idxal olunur"
13.01.2017 12:35
"Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi olub”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, təxminən iki həftə sonra ölkədə daha bir dərman zavodunun təməli qoyulacaq. Onun sözlərinə görə, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır. Nazir qeyd edib ki, dərman preparatlarının ölkədə istehsal edilməsi bizim üçün çox vacibdir.

Səhiyyə naziri qeyd edib ki, xeyirxah peşə sahibləri olan həkimlərin sözü, xəstəyə münasibəti dərmandan, əməliyyatlardan daha vacibdir:
 
"Son vaxtlar bu sahədə də müsbət tendensiya hiss olunur. Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol