• $
  • €
  • ₽
  • ₺
  • £

Onlayn aviabilet alarkən bunlara diqqət edin

Onlayn aviabilet alarkən bunlara diqqət edin
14.01.2017 22:37
Onlayn aviabilet almaq –  turizm agentliyinə əlavə pul vermədən, öz səyahətini sürətlə və problemsiz şəkildə təşkil etmək deməkdir.
 
Turistdən tələb olunan yeganə şey – bir qədər diqqətli olmaq və bir az hazırlıqdır.
 
Aviabiletləri onlayn alarkən, mütləq riayət olunmalı bir sıra qaydalar mövcuddur. ANN.Az seyyah.az-a istinadən həmin məqamları təqdim edir:

Viza

Aviabilet almazdan əvvəl, gedəcəyiniz ölkə üçün sizə viza lazım olub-olmadığını dəqiqləşdirin. Əgər viza lazımdırsa, onu aviabileti almazdan əvvəl açdırın

Uçuşun tarifi

Aviabileti almaq istədiyiniz tarifin xüsusiyyətlərini diqqətlə öyrənin. Bu informasiya  aviabileti hansı hallarda və hansı şərtlərdə qaytara biləcəyinizi, baqajın dəyərinin aviabiletə daxil edilib-edilmədiyini,  göyərtədə hansı  xidmətlərin ödənişsiz təqdim ediləcəyi öyrənməyə imkan verəcəkdir.

Sərnişin haqqında məlumatlar

Aviabiletlərin bron edilməsi və satın alınması zamanı pasport məlumatlarını diqqətlə daxil edin. Hərdən pasport məlumatlarında və ya səyahət tarixində yol verilən səhvlərə görə aviaşirkətlər sərnişinlərə cərimə tətbiq edirlər. Bilet üçün onlayn ödəniş etməzdən əvvəl bütün informasiyanı, eləcə də gediş və gəliş uçuş tarixlərini diqqətlə yoxlayın.

Baqajın çəkisi

Sizin tərəfinizdən seçilmiş aviaşirkətin baqajın aparılması üçün hansı normaları müəyyən etdiyini, eləcə də əl yükü çəkisinin nə qədər təşkil edəcəyini və salona neçə çanta götürməyə icazə verildiyini  öyrənin.

Aviabiletin dəyəri

Aviabileti nə qədər tez alsanız, onun qiyməti bir o qədər ucuz olacaqdır. Biletlər səfərə bir və ya iki ay qalmış onlayn almaq ən optimal variantdır. Məhz bu dövrdə aviaşirkətlər qiymətləri ən aşağı səviyyəyə qədər azaldırlar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol