• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların orta illik məzənnəsi ilə bağlı – PROQNOZ

Dolların orta illik məzənnəsi ilə bağlı – PROQNOZ
16.01.2017 13:15
"Manatın gerçək məzənnəsi müəyyənləşməyincə, nə investor, nə bank iqtisadiyyata sərmayə qoymayacaq. Bu gün Azərbaycanda ən vacib məsələlərdən biri həmin sərmayəni ölkəyə gətirməkdir. 

İnsanların bəzilərinin kifayət qədər ehtiyat kapitalı var. Niyə aparıb onu xaricdə yerləşdirirlər? İndi elə iqtisadi siyasət olmalıdır ki, o pullar burada iqtisadiyyata yatırılsın”.

Bunu iqtisadçı Qubad İbadoğlu manatın məzənnəsi ilə bağlı danışarkən bildirib. 

Onun sözlərinə görə, bu il manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək:

"Dolların orta illik məzənnəsi 2 manat 20 qəpik olacaq. Bəzi vaxtlarda bu, 2 manat 50 qəpiyə qalxa bilər. Ən pis halda isə hətta 2 manat  80 qəpiyə qalxa bilər. Manatın məzənnəsini bazar qüvvələri müəyyənləşdirməlidir”.

İqtisadçı manatın real məzənnəsinin tənzimlənməsi məsələsinə də toxunub:

"İndiki halda xarici valyutanın məzənnəsinin təyin olunması ilə bağlı tətbiq edilən marjanın götürülməsi doğru addımdır. Bununla banklar arasında rəqabət yaranar, "qara bazar”la bank arasında sərhəd itər. 

Sərbəst bazar qüvvələrinin təsiri ilə hansı gerçək məzənnədə manatda müvazinәt yaranacaqsa, həmin kursun ətrafında da manatın tənzimlənməsi prosesi gedəcək, manat öz bazar dəyərini qazanacaq. Bunun başqa variantı yoxdur”.

"Qara bazar”ın taleyi necə olacaq?

Q.İbadoğlu "qara bazar”ın fəaliyyətindən də danışıb:

"Amma "qara bazar”lardan qorxmaq lazım deyil. Bu, real bazardır. Oradakı məzənnə daha düzgün məzənnədir. Bu gün guya Azərbaycan reallığında birinci dəfədir ki, "qara bazar”larla rastlaşırıq? Amma Azərbaycanda elə siyasət yeridilməlidir ki, "qara bazar”la bank arasında sərhəd itsin. Fərqin olmaması "qara bazar”ın itməsinə və ya funksiyasının dəyişməsinə gətirib çıxara bilər”. 

Yeni inflyasiya dalğası

İqtisadçının fikrincə, Azərbaycan Mərkəzi Bankının (AMB) manatın məzənnəsini tənzimləmək cəhdləri doğru addım deyil:

"İndi AMB-nin əsas hədəfi ondan ibarətdir ki, "qara bazar” yığışdırılsın. Ancaq bu düzgün siyasət deyil. Mərkəzi Bankın əsas hədəfi inflyasiyanı tənzimləmək olmalıdır.  

Bu il üçün ən böyük problemimiz inflyasiyadır, qiymətlərin artmasıdır. Bütün monopol şirkətlər qiymətləri qaldırır.

Bu günlərdə "Azərsun” bütün ərzaq məhsullarının - çay, yağ, qənd, un və un məmulatlarının  qiymətlərini 10%-dən 30%-dək qaldırıb. İnsanlar bunu bir azdan hiss edəcəklər. Kommunal xidmətlərin qiymətləri bahalaşır. Ölkədə yeni inflyasiya dalğası yaranır. Mərkəzi Bank bunlarla məşğul olmalıdır”. //oxu.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol