• $
  • €
  • ₽
  • ₺
  • £

Dəniz özüllərində təhlükəsizlik tədbirləri gücləndirilir

Dəniz özüllərində təhlükəsizlik tədbirləri gücləndirilir
16.01.2017 17:27
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi heyət N.Nərimanov və Neft Daşları Neft-Qaz Çıxarma idarələrinin dəniz özüllərində olub.

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, İdarələrin istismarında olan "Bulla-dəniz” və "Neft daşları” yataqlarında istehsalat obyektlərinə baxışlar keçirilib, infrastrukturların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm qərarlar verilib, işçilərin daha təhlükəsiz meydança və özüllərdə yerləşdirilməsi üçün tədbirlər planı hazırlanıb. Keçirilmiş baxış və səyyar müşavirələrdə dəniz özüllərinin, qəza riskli estakadayanı meydançaların, hidrotexniki qurğu və kommunikasiya qovşaqlarının mövcud vəziyyəti ətraflı müzakirə olunub, əmək təhlükəsizliyinin daha etibarlı təminatı üçün zəruri tədbirlərin gücləndirilməsi və mövcud nöqsanların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. İşçi heyətin üzvləri eyni zamanda "Neft Daşları” yatağında tikintisi başa çatdırılmış 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi ilə tanış olub, "Bulla-dəniz” yatağının 6 saylı özülündə qazılmaqda olan 78 nömrəli quyuda qazma işlərinin keyfiyyəti və özüldə təhlükəsizliyin təmin olunmasına nəzarət məsələləri ilə maraqlanıblar.
 
 
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun, "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Əsaslı kapital qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilmiş müşavirə zamanı dəniz özüllərində neftyığma məntəqələrinə birləşən və istismar olunmayan estakadaların kəsilərək, məntəqələrdən ayrılması, qəza riski müəyyən edilmiş meydançalardan işçi personalın ən qısa zamanda tam çıxarılması, yenilənməsi nəzərdə tutulan qazyığma məntəqəsində işçi sayının minimallaşdırılması, meydançalara gələn sualtı xətlərin dik borularının kəsilərək, suyun altında birləşdirilməsi, yığım-nəql xətlərinin bərkidilməsi, habelə neft-qazyığma məntəqələrində təmir işlərinin sürətləndirilməsi qərara alınmış, müvafiq tapşırıqlar verilmişdir. İşçilərin təhlükəsizliyinin SOCAR üçün ən yüksək prioritet olduğu, təhlükəsizliyin təminatı məqsədi ilə tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyi bir daha vurğulayıblar. Müşavirədən dərhal sonra təhlükəsizliyin gücləndiriməsi üzrə tədbirlər planının həyata keçirilməsinə start verilib. 
 
"Ümumiyyətlə, estakadalar şəbəkəsinin səmərəsizliyini və qəza riskini nəzərə alaraq, son illərdə estakadaların istismarı tədricən məhdudlaşdırılmağa başlanıb. 2014-cü ildən bəri istifadəyə tam yararsız olan estakadalar istismardan çıxarılaraq, yalnız işlək olan neftyığma məntəqələrindən istifadə edilirdi. Təhlükəsizliyin təmin olunması üçün qəza riskli estakadaların istismardan çıxarılması, neftyığma məntəqələrinin isə bərkidilməsi həyata keçirilirdi”, - deyə məlumatda qeyd olunub. 
 
 
Xatırladaq ki, N.Nərimanov adına NQÇİ-nin 3 saylı neftyığma məntəqəsi də, istismar olunmayan estakadanın bir hissəsinin güclü tufan nəticəsində uçaraq, işlək neftyığma məntəqəsini də dənizə uçurmasının nəticəsində baş vermişdir. Odur ki, istismar olunmayan estakadaların işlək olan neftyığma məntəqələrindən kəsilərək, tam ayrılması təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə əlavə tədbir kimi nəzərdə tutulub və bu istiqamətdə aparılan işlərin icrası ilə bağlı xüsusi tapşırıqlar verilib.
 
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol