• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan banklarda Kreditorlar Komitəsi yaradılır

Bağlanan banklarda Kreditorlar Komitəsi yaradılır
17.01.2017 16:00
Azərbaycanın ləğvetmə prosesində olan banklarında Kreditorlar komitələrinin yaradılmasına başlanılıb.
 
ANN.Az xəbər verir ki, bu barədə "Report”a açıqlamasında bankların ləğvedicisi olan – Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, məqsəd kreditorları rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərdiyinə əmin etməkdir:
 
"Bankların kreditorları olan dövlət qurumları, hüquqi və fiziki şəxslər bu komitələrdə birbaşa və yaxud nümayəndələri ilə təmsil olunacaqlar. Vaxtaşırı onlara görülən işlər barədə məlumat veriləcək”.

A. Cavadov qeyd edib ki, bu proses rəhbərlik etdiyi qurumun nəzarəti altında ləğv olunan 11 bankdan 8-ni əhatə edəcək:
 
"Kreditorlar Komitəsi 3 bankda olmayacaq. Bunlardan biri "Royalbank”dır. Bu bank xeyli müddətdir ki, ləğv olunub və kreditorlarla bağlı elə də çox iş qalmayıb. "Parabank” bank olmayan kredit təşkilatına (BOKT) çevriləcək və həmin bankın kreditorlarının bir qisminin pulunun ödənilməsini yekunlaşdırmaq üzrəyik. Bir qism kreditor isə pulunu geri almaq istəmir, çünki yaradılacaq BOKT-dan pay almaq niyyətindədir. Həmçinin, "Dekabank”ın kreditorlarına ödənişlər başa çatmaq üzrədir. Qalan 8 bankda - "Bank of Azerbaijan", "Gəncəbank”, "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Kredobank", "Zaminbank" və "Bank Standard”da isə Kreditorlar Komitəsi olacaq”.

Onun sözlərinə görə, ADİF 8 bankın kreditorlarına ləğvetmə planları təqdim edəcək. Bu planlarda bağlanmış bankın aktivləri və öhdəlikləri barədə məlumatlar öz əksini tapacaq:
 
"İki bank – "Bank Standard” və "Gəncəbank” istisna olmaqla, digər 6 bankın ləğvetmə planı ötən ay 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub və təsdiqlənməsini gözləyirik. Qalan iki bankın ləğvetmə planlarını isə bu ayın sonuna qədər məhkəməyə təqdim etməyi planlaşdırırıq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol