Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin.
ANN.Az Trend-ə istinadən məlumat verir ki, bunu Vyetnam prezidenti Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.
Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.
Ç.D.Kuanq bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompüter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.
Vyetnam prezidenti, eyni zamanda turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















