• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır – QİYMƏTLƏR

Azərbaycan daha 79 dövlət əmlakını hərraca çıxarır – QİYMƏTLƏR
23.01.2017 14:40
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də yeni hərrac keçirəcək. 

Komitədən Oxu.Az-a verilən məlumata görə, bu hərracda, ümumilikdə, 79 dövlət əmlakı özəlləşdiriləcək. 

Hərraca 22 səhmdar cəmiyyəti, 19 kiçik dövlət müəssisəsi, 35 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.

Təklif olunan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtın Sabunçu və Qaradağ rayonları, Siyəzən şəhəri, Samux, Beyləqan, Goranboy və Bərdə rayonlarında yerləşir.

Sabunçuda yerləşən əmlak 60 min manata, Samuxda yerləşən "Seyidlər” üzüm emalı zavodu 77,2 min manata, Bərdə şəhərindəki Texniklər Evi isə 60 min manata təklif olunur.

Özəlləşdirməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Sabunçu, Yasamal, Qaradağ, Nizami, Nərimanov və Qaradağ rayonlarında yerləşir. Digər qeyri-yaşayış obyektləri isə Sumqayıt və Mingəçevir şəhəri, Lənkəran, Biləsuvar, Hacıqabulda hərraca çıxarılıb. Bu obyektlərin sahəsi 15-100 kv.m arasında dəyişir. 

Təklif olunan belə obyektlər sırasında ən yüksək start qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyektinə təyin olunub. Belə ki, əmlak 520 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Səbaildə yerləşən 3 qeyri-yaşayış sahəsi 117 min, 105 min və 100 min manata fiziki və hüquqi şəxslərə təklif olunur.

Satışa çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nərimanov rayonundakı "Avtomotoservis”, Sabunçu rayonundakı "Material Təchizat” və Səbail rayonundakı "Şəmkir” ilə yanaşı, regionlarda yerləşən "Bərdə Tikinti Quraşdırma”, "Biləsuvar Broyler”, "Qax Taxıl”, "Salyan Aqrotexservis”, "İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol