• $
  • €
  • ₽
  • ₺
  • £

Qayğıkeş anadan növbəti məsləhət: Gözlərini qoru

Qayğıkeş anadan növbəti məsləhət: Gözlərini qoru
29.05.2020 10:54
Kompüter arxasında çox oturanlar yəqin ki, artıq AccessBank-ın Qayğıkeş Anasının "A bala, min dəfə demişəm, kompüterə az bax. Gözlərin xarab olacaq!” məsləhətinə rast gəliblər. 

Hər kəsin qeydinə qalan Qayğıkeş ana bu dəfə bizi gözlərimizi qorumağa çağırır. Axı biz hər gün kompüterin və digər cihazların qarşısında saatlarla vaxt keçiririk - əvvəlcə işdə ekrandakı rəqəm və hərflərə gərgin baxaraq, sonra isə evdə - kimsə sosial şəbəkədə oturur, kimsə onlayn-mağazalara baxır, kimsə sadəcə olaraq, oyun arxasında rahatlamaq istəyir. Və günlərin birində artıq hiss edirik ki, gözlərimiz ağrıyır. Bu yaxınlarda hələ ağrımırdı – indi isə ağrıyır. Görmə qabiliyyətimizin itiliyi də zəifləyib. Başımız da daha tez-tez ağrımağa başlayıb... Demək, adət etdiyimiz və hətta bizi rahatlatan məşğuliyyət o qədər də zərərsiz deyil. Əslində isə, kompüterin bunda heç bir günahı yoxdur. Sadəcə, özümüz monitorla işləyən zaman adi qaydalara riayət etmirik! Gəlin, Qayğıkeş ana ilə bərabər bu qaydalara nəzər salaq.

* Əvvəlcə monitorun parlaqlığını və kontrastlığını elə tənzimlə ki, gözlərin çox qıcıqlanmasın.

Keyfiyyətli monitor istifadə et, çünki görmə qabiliyyəti birbaşa onun keyfiyyətindən asılıdır. Yeri gəlmişkən, gözlər köhnə monitordan da ağrıyır.

Bəlkə, artıq yenisini almağın vaxtı gəlib?

* Şriftin ölçüsünə diqqət yetir – ölçü elə olmalıdır ki, mətnə gərgin baxmaq lazım olmasın.

Mətn rahat vəsərbəst oxunmalıdır, ancaq bu, kontrastlığın hesabına olmamalıdır.

* Ay bala, sənə nə qədər deyim ki, monitora çox yaxınlaşmayasan? Səninlə monitor arasındakı məsafə bir metrə yaxın olmalı, daha dəqiqi 70 sm-dən az olmamalıdır. Həmçinin o, sənin gözlərinin səviyyəsindən aşağıda yerləşməlidir.

* Kompüter arxasında işləyərkən gözlərini daha gec-gec qırpırsan, bu da göz səthinin qurumasına səbəb olur. Bu an elə hiss yaranır, sanki gözlərin qumla doludur, onlar ağrıyır və döyünür. Gözlərin normal nəmliyini bərpa etmək üçün onları tez-tez qırpmağı unutma, həmçinin təbii göz yaşı tərkibli xüsusi damcılardan istifadə et.

* Sənin görmə qabiliyyətin ona görə zəifləyir ki, monitordakı təsvir adi obyektlərdən fərqli olaraq, daha çox işıqlanır. Daimi gərginliyin ikinci səbəbi isə baxışın uzun müddət ərzində eyni vəziyyətdə fiksasiyasıdır. Bəzi əzələlər hədsiz çox gərilir, digərləri isə tamamilə tonuslarını itirirlər. Ona görə də, hər yarım saatdan bir diqqətini yayındır və uzaqlara bax – belə adi gimnastika görmə qabiliyyətini qorumağa kömək edəcək.

* Əgər sənin gözlərin kompüterə görə daima ağrıyırsa, həkimə get. Bəlkə, sənə kompüter filtrli eynək lazımdır. Onlar çox rahatdır və dəfələrlə, həm də yalnız işdə kompüter arxasında deyil, evdə televizora baxdığın zaman da gözlərin yüklənməsini azaldırlar.

* Vaxtaşırı gözlərinə tam istirahət ver: kompüteri bazar günləri qoşma, işdən gələndə isə özünə başqa əyləncə tap.

Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol