• $
  • €
  • ₽
  • ₺
  • £

BP: "Azərbaycanın tələbinə əsasən neft hasilatını azalda bilərik"

BP: "Azərbaycanın tələbinə əsasən neft hasilatını azalda bilərik"
26.01.2017 10:50
"Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır".
 
ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.
 
Onun sözlərinə görə, şirkət müstəqil olaraq bu cür qərarları vermir:
 
"Bu cür məsələlər ölkələrin tənzimləyicilərinin nəzarətindədir. Rəsmi Əbu-Dabinin açıqlamasına əsasən deyə bilərik ki, bu qərar Səudiyyə Ərəbistanındakı hasilatımıza təsir olacaq. Bununla yanaşı, Azərbaycan da bəyan edib ki, hasilatı azaldacaq. Biz şirkət olaraq bu cür qərarları vermirik. Bu, tənzimləyicinin tələbindən asılı olan qərardır".
 
Xatırladaq ki, ötən ilin noyabr ayının 30-da Avstriyanın paytaxtı Vyanada OPEC üzvləri və kartelə daxil olmayan bəzi ölkələr sutkalıq hasilatın 1,2 mln. barel azaldılmasına dair razılaşma əldə edib. Razılaşmaya əsasən, sutkalıq hasilat 32,5 mln. barelə enəcək.
 
Bundan öncə Azərbaycan prezidenti İlham Əliyev RİA "Novosti" agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər:
 
"Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır".
 
Ötən gün isə energetika naziri Natiq Əliyev bildirib ki, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb:
 
"Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol