• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Rayonların əksəriyyəti dotasiya hesabına yaşamaqdadır

Ekspert: Rayonların əksəriyyəti dotasiya hesabına yaşamaqdadır
29.05.2020 05:34
"İndiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin ayrılması hesabına həyata keçirilib. 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca dörd Dövlət Proqramı qəbul olunub ki, bunların əsas məqsədi regionlarda qeyri-neft sektoruna aid sahələrin inkişafını təmin etmək, müvafiq infrastruktur obyektlər yaratmaq, istehsal, emal müəssisələri təşkil etmək, mövcud müəssisələrdə istehsalı genişləndirmək, həmçinin müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektləri yaratmaqdan ibarət olub.

Lakin bütün bunlara rəğmən, rayonlarımız demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir və bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, rayonların əksəriyyəti dotasiya hesabına yaşamaqdadır:

"Ölkə üzrə bütün iqtisadi fəaliyyət ancaq mərkəzdə həyata keçirilir. Yəni, dövlət gəlirlərimizin 80-90% hissəsi məhz paytaxt ərazisindən təmin olunur.

Regionlar üzrə gəlirlər heç 1 milyard manat təşkil etmir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşamaqdadırlar”.

Eskpert rayonların büdcədən asılılığını azaltmaq üçün həll yolları da təklif edib:

"Odur ki, vəziyyətdən çıxmaq üçün bundan sonra ən çox kənd təsərrüfatını inkişaf etdirmək qayğısına qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü məsələsi bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.

Dövlət, sosial xarakterli infrastrukturun qayğısına qala bilər və qalmalıdır da. Yəni, xəstəxana və məktəb tikə və yaxud təmir edə bilər və etməlidir də. Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil.

Ölkədə əmək qabiliyyətli əhalinin 40%-ə yaxın hissəsi məhz aqrar istehsalla bağlı sahələrdə - regionlarda yerləşir. Hesab edirəm, buna görə də kənd təsərrüfatı məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsullarından istifadə imkanları geniş tədbiq olunmalıdır.

Mən, şərhlərimdə də qeyd etmişəm: konkret olaraq sahibkarlığa dəstək, onun inkişafı təkcə malliyyədən asılı hesab edilməli deyil. Eyni zamanda, əlavə tədbirlər görülməlidir. 

Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir. 

Belə ki, biz nə vaxta qədər ki, bütün yanaşmalarda daha çox keyfiyyətə deyil, kəmiyyətə diqqət yetirəcəyik, ortalıqda quru statistik rəqəmlərdən savayı, əyani olaraq göstərməyə, təəssüf ki, heç bir nəticə olmayacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol