• $
  • €
  • ₽
  • ₺
  • £

“Üzən məzənnə”yə keçid Neft Fondunun gəlirlərinə təsir edəcəkmi? – AÇIQLAMA

“Üzən məzənnə”yə keçid Neft Fondunun gəlirlərinə təsir edəcəkmi? – AÇIQLAMA
08.02.2017 16:46
"Bildiyiniz kimi, Neft Fondunun büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. 

SOFAZ-ın əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən, ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır”.

ANN.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibəsində deyib. 

"Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. 

Cari ilin büdcəsində 6,1 milyard manat həcmində dövlət büdcəsinə transfertdən əlavə makroiqtisadi sabitliyin qorunması istiqamətində ilk dəfə olaraq Mərkəzi Banka 7,5 milyard manata qədər vəsaitin köçürülməsi də nəzərdə tutulub.

Sabit məzənnə rejimində satışa çıxarılmalı olan xarici valyutanın həcmi əvvəlcədən bəlli olurdu. Lakin "üzən məzənnə” rejimində valyuta məzənnəsi bazarda tələb və təklif əsasında müəyyən olunduğundan il ərzində hərraclarda satılmalı olan xarici valyutanın həcmi hazırkı məzənnə ilə hesablanmış məbləğdən az və ya çox ola bilər.

Bunlara baxmayaraq, Fondun vəsaitlərinin böyük hissəsinin likvid aktivlərə investisiya olunması qeyd olunan istiqamətlərdə büdcə xərclərinin tam olaraq həyata keçirilməsinə imkan verir.

Digər tərəfdən qeyd olunmalıdır ki, Neft Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri Fondun vəsaitlərinin ildən-ilə artımı və gələcək nəsillərə qorunub saxlanılmasıdır. 

Bildiyiniz kimi, bu məqsədə xidmət edən Fondun investisiya portfeli xarici valyutada ifadə olunan aktivlərə investisiya edilib ki, bu baxımdan da Mərkəzi Bank tərəfindən təyin olunan hər hansı spesifik valyuta rejimi Fondun investisiya istiqamətlərinə təsir etmir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol