• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı - Fotolar

Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı - Fotolar
10.02.2017 17:40
Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Azercell Telekom MMC bu qəbildən növbəti təşəbbüsə qoşuldu. Belə ki, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutdu.

SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və Azercell istedadlı tələbələrin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.

Təqdimat mərasimində çıxış edən Azercell Telekom MMC prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir: "Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. Azercell hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. Azercell 20 ildir ki, Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.

V. Mürsəliyev qeyd edib ki, Azercell-in SABAH qrupu ilə əməkdaşlığa qərar verməsi təsadüfi deyil. Çünki bu layihə Azərbaycan təhsilinə yeni baxış, yeni yanaşma, yeni ruh gətirib: «Biz bunu dəyərləndirməyə bilməzdik və bu gün memorandum imzalamaqla bu əməkdaşlığı daha çox sistemləşdiririk. Təməlini qoyduğumuz əməkdaşlığın böyük uğurlara yol açacağına ümid edirəm».

Qeyd olunub ki, 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq. Bu tədbirdə də Azercell Telekom MMC əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər.

Memoranduma əsasən, Azercell təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Bu il mərhələlərlə seçilən 10 nəfər tələbəyə 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı yaradılması nəzərdə tutulub. Bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə

birbaşa mənbədən bilik qazanmaqla maraqlı və məsuliyyətli layihələrdə iştirak edə biləcəklər. Akademiya üzvlərinin Barama Sahibkarlıq və İnnovasiya mərkəzindən, xüsusi onlayn materiallar və testlərdən istifadəsinə şərait yaradılacaq.

İmza mərasimindən sonra Azercell təqaüdünə layiq görülmüş 9 tələbəyə sertifikat təqdim olundu. Həmçinin, Azercell şirkətinə tərəfdaşlıq sertifikatı da təqdim edildi.

Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə bundan əvvəl də əməkdaşlığı olub. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün "GSM Texnologiyası ilə tanışlıq”, "Məhsulların idarə olunması”, "Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.

SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ilində SABAH qruplarından 7 ali təhsil müəssisəsi, 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.
 
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol