• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Ötən il ixrac xərcləri azaldılıb"

Nazir müavini: "Ötən il ixrac xərcləri azaldılıb"
14.02.2017 13:00
Sahil Babayev: Sumqayıt Texnologiyalar Parkında tezliklə çox böyük işlərin şahidi olacağıq.

ANN.AZ/ Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) "İxracatçılar Klubu"nun və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə görüşü keçirilib. "Report" xəbər verir ki, görüş çərçivəsində "Made in Azerbaijan" brendinin təqdimatı da təşkil olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, ötən il sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülüb: "Lisenziyalar sahəsində çox böyük islahatlar aparılıb. Həmçinin, gömrük rüsumları ilə bağlı mühüm addımlar atılıb. Sumqayıt Texnologiyalar Parkında sahibkarlar çox böyük işlər görür və tezliklə biz çox böyük işlərin şahidi olacağıq. 2016-cı ildə bizim ticarət dövriyyəsi ümumi qeyri-neft sektorunun 15%-ni təşkil edib. Ötən il üzrə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb".

Nazir müavini qeyd edib ki, ixrac xərcləri azaldılıb: "Biz müzakirələr apardıq və mənşə sertifikatının verilməsini 1 günə qədər azaltdıq. Həmçinin, bununla əlavə xərcləri azaltmışıq. Bununla yanaşı, hədəf bazarlarının ilkin araşdırılmasını həyata keçirdik, bu isə ixracatçılarımız üçün əhəmiyyətlidir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol