• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” nüfuzlu sosial media mükafatına layiq görüldü

“Nar” nüfuzlu sosial media mükafatına layiq görüldü
29.05.2020 11:40
"Nar” "İlin ən yaxşı "tweet”-i” nominasiyasında "Bomba”sosial media mükafatına layiq görüldü. Buna səbəb mobil operatorun sosial şəbəkələr üzərindən göstərdiyi aktiv fəaliyyətdir. Müştərilər "Twitter”, "Facebook” və digər sosial şəbəkələrdə "Nar”-ın maraqlı paylaşımlarını izləyə, həm də onları maraqlandıran sualları birbaşa yaza bilərlər. Belə ki, "Nar” sosial şəbəkələr üzərindən tam şəkildə müştəri xidməti göstərən ilk və hazırda yeganə mobil operatordur. İnternet istifadəçiləri harada olduqlarından asılı olmayaraq "Nar”-a yaza və üçüncü tərəfə yönləndirmə olmadan birbaşa xidmətlərdən yararlana bilərlər.

"Twitter” istifadəçilərinin "Nar”-a yazdıqları sorğular təkcə xidmətlərlə məhdudlaşmır. "Twitter” istifadəçiləri "Nar” ilə bağlı istədikləri mövzuda səhifəyə yazır və cavab ala bilirlər. Nəticədə, 2016-cı ilin göstəricilərinə əsasən, "Nar” izləyicilərinin hər 1000 nəfərə görə aktivliyi orta hesabla 544 nəfər təşkil edib. İzləyici aktivliyinə görə "Nar”-ın "Twitter” səhifəsi ölkədə ən aktiv korporativ səhifədir.

Bundan başqa, 2016-cı ildə "Nar”-a sosial şəbəkələr üzərindən müraciətlərin sayı 2015-ci illə müqayisədə 84% artmışdır. Sorğuların artmasına baxmayaraq, istifadəçilərə göstərilən xidmətin də keyfiyyəti yüksəlmişdir; "Facebook”-un göstəricilərinə əsasən, daxil olan sorğuların 98%-i bir neçə dəqiqə ərzində cavablandırılır.

"Nar” təkcə "Twitter”, "Facebook”, "YouTube” və "Instagram”-da deyil, hətta "Google+”, "Soundcloud” kimi sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Sosial şəbəkələr üzərindən yüksəkkeyfiyyətli xidmət göstərmək, eləcə də izləyicilər üçün maraqlı məzmunların paylaşılması "Nar”-ın müştəri yönümlü xidmət strategiyasının tərkib hissəsidir. Bu strategiyanın məntiqi nəticəsi kimi "Nar” Azərbaycanın nüfuzlu sosial media mükafatı olan "Bomba” mükafatına layiq görüldü. "Bomba” mükafatı 2016-cı ildə "Twitter”, "Facebook”, "YouTube” və ”Instagram” səhifələrində ən yaxşı və aktiv fəaliyyət göstərən blogger, istifadəçi və şirkətlərə verilir. Mükafata bütün nominasiyalar üzrə namizədlər sosial şəbəkələr üzərindən aparılan səsvermə ilə seçilir. Daha sonra münsiflər heyəti bu namizədlər arasından qalibləri seçir. Səsvermələrə əsasən, "Nar” "İlin ən yaxşı "tweet”-i”, "İlin ən yaxşı korporativ "Instagram” səhifəsi” və "İlin ən yaxşı korporativ "Facebook” səhifəsi” nominasiyalarında təmsil olunurdu.

Artıq bir neçə ildir ki, internet istifadəçiləri "Nar”-ın kampaniyaları və yeniliklərindən xəbər tutmaq, müştəri xidmətlərinə yazmaq və ya sadəcə maraqlı paylaşımları izləmək üçün "Nar”-ın "Twitter”, "Facebook”, "YouTube”, "Instagram” və digər sosial şəbəkələrdəki səhifələrini izləyir.




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol