• $
  • €
  • ₽
  • ₺
  • £

“Bloomberg” Azərbaycana qarşı ciddi nöqsana yol verib

“Bloomberg” Azərbaycana qarşı ciddi nöqsana yol verib
15.02.2017 14:07
Yanvar ayı ərzində OPEK ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 93% əməl edib. 

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi tərəfindən aparılan araşdırmanın nəticələri göstərir.

Başqa sözlə, OPEK ölkələri sutkalıq hasilatı 1,078 mln. barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 mln. barel/sutkada olub.

Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48% əməl edilib.
 
 
 
 
 
 
 "Bloomberg” agentliyinin OPEK və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib.


Agentlik yazır ki, yanvar ayında 21 ölkədən yalnız 4-ü hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib. Təqdim olunan rəqəmlərdən belə anlamaq olar ki, Azərbaycan yanvarda sutkalıq hasilatı 35 min barel azaltmalı olduğu halda, hasilatı cəmi 5 min barel azaldıb.

Maraqlıdır ki, Azərbaycanın Energetika Nazirliyinin təqdim etdiyi rəqəmlər onu göstərir ki, ölkəmiz hasilatın azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirir.

Ötən gün qurumun mətbuat katibi Zəminə Əliyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, Vyanada əldə olunan razılaşmanın şərtlərinə əsasən, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb:

"Bu razılaşmaya əsasən, yanvar ayında Azərbaycanda sutkalıq neft hasilatı 793,9 min barel təşkil edib. Sözügedən razılaşma əldə olunduqdan sonra dünya birjalarında neftin qiymətində müsbət dinamika müşahidə olunmaqdadır. Hazırda Brent markalı neftin qiyməti 56 dollar ətrafında dəyişir.

Ötən ilin analoji ayı ilə müqayisədə cari ilin yanvarında neftin qiyməti 25 dollar artıb və bu amil neft hasilatçılar üçün əlverişlidir. Azərbaycan neftin qiymətini və ümumilikdə bazarı stabilləşdirməyə yönələn istənilən addımı dəstəkləyir. Növbəti görüşdə Azərbaycana hasilatın azaldılması təklif olunarsa, biz bu addımı atmağa hazırıq. Bunu ölkə başçısı İlham Əliyev və energetika naziri Natiq Əliyev də bəyan edib”.



 
Bundan öncə isə Energetika naziri Natiq Əliyev bəyan edib ki, Azərbaycan OPEK üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir:

"Cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib”.

Ötən gün Küveytin neft naziri Əssam əl-Marzuk bildirib ki, OPEK üzvləri neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi 92%, kartelə üzv olmayan ölkələr isə 50% yerinə yetirir:

"Hazırda Vyana razılaşmasının şərtlərinə 100% əməl olunmur. Biz fevralda OPEK-ə üzv olmayan dörd ölkə ilə hasilatın azaldılmasını müzakirə edəcəyik”.

Nazir həmin dörd ölkənin adını çəkməsə də əlavə edib ki, əsas məqsəd razılaşmanın şərtlərinə 100% əməl olunmasıdır.

Ötən həftənin sonunda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, OPEK-ə üzv olmayan 11 ölkə yanvarda sutkalıq hasilatı 269 min barel azaldıb. Bu isə nəzərdə tutulan planın 48%-ni təşkil edir. Plana əsasən, cari ilin I yarısında OPEK üzvü olmayan ölkələr hasilatı 558 min barel azaltmalıdır.

Neftin hasilatının azaldılması ilə bağlı Vyanada əldə olunan razılaşmaya OPEK-ə üzv olmayan 11 ölkə qoşulub: Azərbaycan, Bəhreyn, Bruney, Ekvatorial Qvineya, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan Respublikası və Cənubi Sudan.

BEA-nın məlumatlarına əsasən, Rusiya yanvarda ötən ilin oktyabr ayının göstəricisindən 60 min barel az neft hasil edib. Halbuki, Rusiya Energetika Nazirliyi bu rəqəmin 117 min barel olduğunu iddia edir.

Bununla yanaşı, yanvarda OPEK üzvləri sutkalıq hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə çatdırıb. BEA-nın ekspertləri hesab edir ki, bununla da hasilatın azaldılmasına dair razılaşma 90% icra olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol