• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur milyarder gələcək insan haqqında danışdı

Məşhur milyarder  gələcək  insan haqqında danışdı
29.05.2020 06:21
Bir müddətdir öz layihələrinə başı qarışan "Tesla” və "SpaceX” kimi şirkətlərin rəhbəri, milyarder Elon Musk Dubayda keçirilmiş "World Government Summit” tədbirində iştirak edib.

ANN.Az Technote.az-a istinadən xəbər verir ki, həmin tədbirdə E.Musk insanlığın gələcəyi haqqında fikirlərini söyləyib.

Onun fikrincə, insanlığın yeganə çıxış yolu kibernetik təkamüldür. Əgər insanlar bioloji və rəqəmsal zəkanı birləşdirməsələr, onda onlar texnologiyanın hökm sürəcəyi dünyada lazımsız canlılar olmaq riskindədirlər. 

Hər şey insan beyni ilə onun rəqəmsal versiyası arasındakı məlumat ötürülməsinə söykənir. Kompüterlər saniyədə trilyon bit məlumat ötürmə qabiliyyətinə sahibdirlər. Biz insanlar isə smartfonlarda sadə mətn yazmaq ilə saniyədə 10 bitlə kifayətlənməli oluruq. Sürətli neyrokompüter interfeysləri insan ilə süni zəkanın birləşməsində vacib addım olacaq.

Gələcəkdə ən ağıllı insandan belə ağıllı olacaq süni zəka olacaq. Məhz həmin anda biz böyük təhlükə ilə qarşı-qarşıya qala bilərik. "Əgər kompüterlərə qarşı mübarizə apara bilmirsənsə, ən yaxşı çıxış yolu onlardan biri olmaqdır”, - deyə şirkət rəhbəri bildirib. 

O qeyd edib ki, insanlar öz bədənlərini təkmilləşdirərək kiborqlara çevrilməli olacaqlar. 

Hələ keçən il Elon Musk çıxışlarının birində qeyd etmişdi ki, biz insanlar artıq müəyyən mənada kiborqlarıq:

"Belə ki, biz hamımız elektron şəxsiyyətə sahibik. Elektron şəxsiyyətimizin isə müəyyən bir hissəsi istifadə etdiyimiz elektron poçt ünvanlarında, sosial şəbəkələrdə və internetdə istifadə etdiyimiz hər bir şeydə mövcuddur. Günümüzdə kiçik bir cihaz ilə istənilən məlumatı əldə etmək və dünyanın istənilən nöqtəsində olan insan ilə əlaqə yaratmaq olar”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol