• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR və IBM arasında memorandum imzalanıb

SOCAR və IBM arasında memorandum imzalanıb
15.02.2017 20:40
Bu gün SOCAR-ın ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və "IBM-Avropa”nın sədri Erik Klementi imzalayıblar. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında "Watson” əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur.
 
R. Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yüksək texnologiyaların tətbiq olunması istiqamətində görülən işlərdən danışıb, "Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bunun əyani təzahürü olduğunu söyləyib. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrində daim innovativ texnologiyalara üstünlük verildiyini, neftin, qazın kəşfiyyat, hasilat, emal və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirən R. Abdullayev bu sahədə SOCAR-la dünyanın qabaqcıl şirkətləri arasında effektiv tərəfdaşlığın qurulduğunu qeyd edib.
 
IBM-lə əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirən R.Abdullayev deyib ki, bu əməkdaşlıqdan təkcə SOCAR deyil, Azərbaycanın bütün şirkətləri bəhrələnə biləcək. O bildirib ki, Memorandum SOCAR-a süni intellekt əsasında çalışan "Watson for Upstream” qlobal strateji inkişaf əməkdaşlığına qoşulmaq imkanı verir. Müasir dövrdə mühüm əhəmiyyətə malik olan bu strateji inkişaf sahəsi elmi tədqiqat layihələri də daxil olmaqla birgə araşdırmalar üçün geniş üfüqlər açır.
 
Qeyd olunub ki, Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Neftin sənaye üsulu ilə hasil olunması, emal edilməsi, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, quruda, sahildə və açıq dənizdə neftin çıxarılması işinə Azərbaycanda başlanılıb. Bu tarixi qorumaq və yaşatmaq məqsədi ilə SOCAR-da yaradılmış zəngin məlumatlar bazası IBM-in Watson Mərkəzi üçün qiymətli mənbə ola bilər. Eyni zamanda memorandum çərçivəsində Azərbaycanda həyata keçiriləcək investisiya layihələri ölkədə innovativ elitanın formalaşmasına töhfə olacaq, istedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə etməklə səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, dünyada müasir trend olan biznes və proses xidmətlərinin robotlaşdırılması ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanmaq üçün əlverişli şərait yaradacaq. Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsi də qeyd olunub, bildirilib ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
 
E. Klementi memorandumdan bəhs edərək bildirib ki, dünyanın qabaqcıl enerji şirkətləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in bu gün Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlaması əlamətdar hadisədir. SOCAR-IBM tərəfdaşlığı dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcək və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcək.
 
E.Klementi imzalanan sənəd çərçivəsində hər il Bakıda innovasiya günü keçiriləcəyini və biznesdə tətbiq edilən ən son innovasiyaların təqdim olunacağını qeyd edib, IBM-in yalnız strateji tərəfdaş hesab etdiyi ölkələrə sərmayələr yatırdığını vurğulayıb. Qonaq bu gün uzunmüddətli əməkdaşlıq sahəsində ilk addım atıldığını söyləyib, yeni tərəfdaşlığın uğur qazanacağına əminliyini bildirib, SOCAR-IBM komandasına uğurlar arzulayıb.
 
 
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol