• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xam neft ixracından gəlirlərini 21% artırıb

Azərbaycan xam neft ixracından gəlirlərini 21% artırıb
29.05.2020 08:23
Azərbaycanın ümumi ixracının 82,49%-i neftin hesabına düşür. "APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, cari ilin yanvar ayında 663 mln. 768,37 min dollar dəyərində 1 mln. 652 min 458,12 ton xam neft ixrac olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın neft ixracından gəlirləri 21,27% artıb. Hərçənd ixrac olunan neftin həcmi 17% azalıb.

Ötən ay 57 min 721,32 ton neft məhsulları (710 mal kodu üzrə) ixrac olunub. İxrac olunan məhsulların ümumi dəyəri 21 mln. 573,94 min dollardır. İxrac olunan neft məhsullarının həcmi 64% azaldığı halda, dəyər 31% azalıb. Neft məhsullarının ümumi ixracda payı 2,68% olub.
 
Yanvarda Azərbaycandan ümumi həcmi 209 mln. 79,77 min kubmetr, dəyəri isə 26 mln. 988,55 min dollar olan təbii qaz ixrac olunub. İxrac olunan təbii qazın həcmi 6,7 dəfə, dəyəri isə 15,4 dəfə artıb. Təbii qazın ixracda payı 3,35%-dir.
 
Beləliklə, yanvarda neft-qaz məhsullarının ümumi ixracda payı 88,52% təşkil edib.
 
Ümumilikdə, yanvarda Azərbaycandan 804 mln. 627,99 min dollarlıq mal ixrac olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 25,71% çoxdur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol