• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Emalı Zavodunda “sıfır zərər” günü qeyd edilib

Neft Emalı Zavodunda “sıfır zərər” günü qeyd edilib
27.02.2017 22:40
Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılıb.
 
Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsi çərçivəsində "sıfır zərər” (Zero Harm) günü qeyd edilib.

"ANN” SOCAR-a istinadən xəbər verir ki, layihənin PMC şirkəti "SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak ediblər. Bildirilib ki, zavodun yenidənqurması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, H.Əliyev adına NEZ, "SOCAR-KBR” və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən "sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 min adam/saat sərf edilib, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunub.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov tədbirdə çıxış edərək "sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Qeyd olunub ki, yenidənqurma layihəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əlieyevin iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılıb, Bitum qurğusu üzrə Detallı Layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanıb və işlərə start verilib. "Amec-Foster Viler/SOCAR-Foster Viler” (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidənqurması üzrə İlkin Detallı Layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. UOP, "Axens”, "Poerner”, "Air Liquide”, "KT-Kinetics Technology” şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanıb və müvafiq layihələndirmə işləri yekunlaşıb. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılıb. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilib.

Tədbirin sonunda "sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol